Uber Bakıda istifadəçilərə Yeni il yolkaları çatdıracaq

13-12-2016 / 12:13

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Yeni il bayramı ərəfəsində Bakıda birgünlük kampaniya keçirəcək.

Xeberler.az məlumat verir ki, şirkətin məlumatında qeyd edilir ki, bu il Uber Yeni ilin ən vacib atributlarından olan bayram yolkasını tam pulsuz Bakıdakı istifadəçilərinə çatdıracaq:

“Yeni il bayramına hazırlıq ilin ən əyləncəli, şən və hədiyyə dolu bir dövrüdür, lakin məhz sözügedən hazırlıq işləri insanın ən çox vaxtını alır. Bu il Uber Yeni ilin ən vacib atributlarından olan bayram yolkasını tam pulsuz Bakıdakı istifadəçilərinə çatdıracaq. Dəyərli vaxtınızı mağazaları gəzməyə və yolka axtarmağa sərf etməyin, belə ki, Uber sizi düşünərək çatdırılmanı qapınızadək həyata keçirəcək. Biz qar söz verə bilmərik, amma bu qış Yeni il yolkası sizin qapınıza çatdırılacaq. Sadəcə bir toxunuşla UberElka sifariş edin”. 

Dekabrın 15-də saat 11:00-dan 17:00-dək Uber Bakıdakı istifadəçilərinə pulsuz olaraq Yeni il bayramı yolkasını çatdıracaq. “UberElka” gözəl olması ilə yanaşı, həmçinin rahat daşınandır və komfortlu paketə malikdir. Süni şam ağacının hündürlüyü 1,20 metr təşkil edir.

Yolka sifariş etmək üçün dekabrın 15-də saat 11:00-17:00 arası Uber proqramına daxilo olmaq, proqramda “UberElka” funksiyasını seçmək lazımdır ki, bundan sonra bir neçə dəqiqə ərzində Yeni il bayramı yolkası qeyd olunmuş ünvana çatdırılacaq. Hər istifadəçi sadəcə bir dəfə sifariş edə bilər. “UberElka” kampaniyası zamanı yüksək tələb gözlənilir və ilk dəfədən sifariş etmək mümkün olmasa belə, bir dəqiqədən sonra təkrarən sifariş etmək gərəkdir.

Bundan başqa, hər bir yeni Uber istifadəçisi də yolka sifariş verə bilər. Bunun üçün Uber proqramını mobil telefona yükləmək, “BakuElka” promo-kodu ilə qeydiyyatdan keçmək lazımdır. Hər yeni istifadəçi ilk 5 gediş üçün 20%-lik endirim qazanacaq.

Günel 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.