Uber Bakıda Sevgililər Gününə özəl aksiya keçirir

13-02-2017 / 13:19

Fevralın 14-də Sevgililər Günü münasibəti ilə Uber şirkəti “UberSERENADA” adlı birgünlük unikal aksiya həyata keçirəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumaat görə, yalnız sözügedən gün ərzində saat 12:00-dan 16:00-dək “Uber” istifadəçiləri sevdikləri insan üçün Uber tətbiqi vasitəsi ilə əsl serenada sifariş etmək imkanını əldə edəcəklər.

Sevgililər üçün seranadanı peşəkar musiqiçilər, hətta musiqi kollektivləri (vokal ansambllar, gitara və saksofon ifaçıları) ifa edəcək (Jam Group, The owl and the lark və Retro Jazz Band qrupları, gitarada solo ifaçı Fəxri). Müsiqiçilərin repertuarı sevgi haqqında məşhur romantik mahnılardan ibarətdir. Hər ifa beş dəqiqəyə yaxın davam edəcək. Bununla yanaşı, sevgililər musiqiçilərdən xatirə həddiyəsi olaraq valentinkalar alacaq.

“UberSERENADA” sifariş etmək üçün tətbiqdə slayderi eyni adlı opsiyaya çəkmək lazımdı. Bakıda “UberSERENADA”nın dəyəri 20 manat təşkil edəcək. Yeni istifadəçilər “UberSERENADA”nı güzəştlə – 10 manata əldə edə biləcəklər. Bunun üçün Uber tətbiqini yükləmək və BakuSerenada promokodunu yığmaq lazımdır.

“UberSERENADA” opsiyasını Bakı şəhərinin administrativ sərhədləri çərçivəsində istifadə etmək mümkün olacaq. Fevralda hava şəraiti şiddətli olduğundan müsiqiçilər serenadaları yalnız qapalı məkanlarda ifa edəcəklər. “UberSERENADA”nı sevdiyiniz insan üçün yaşadığı məkana, kafe, restoran, kinoteatr, gözəllik salonu, ticarət mərkəzinə və bu kimi yerlərə sifariş etmək mümkün olacaq.

“UberSERENADA” aksiyası 2015-ci ildən etibarən həyata keçirilir və ənənəvi olaraq yüksək tələbata malikdir. Əgər ilk dəfədən sifariş edə bilmədinizsə, üzülməyin və bir daha cəhd edin!

Aksiyada necə iştirak etmək olar?

1.Fevralın 14-də saat 12:00-dan 16:00-dək Uber tətbiqini açın. Əgər telefonunuzda Uber  tətbiqi yoxdursa proqramı əvvəlcədən AppStore, Google Play və ya Windows Market-dən yükləyin.

2. Ekranın aşağı hissəsindəki “UberSERENADA” opsiyasını seçin.

3. Serenada ifa olunacaq ünvan.

4. “UberSERENADA” sifariş edin.

5. “UberSERENADA” sürücüsündən zəngi gözləmək. Sürücü sizinlə əlaqə saxlayacaq ki, bütün lazımlı detalları dəqiqləşdirsin.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.