Uber Bakıda xüsusi avtomobilləri xəttə buraxıb

18-10-2016 / 14:10

 Uber Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda xüsusi avtomobilləri xəttə buraxıb.

Xeberler.az-ın məlumatına görə, bu gün Bakıda Uber sifariş etdikdə istifadəçilər tətbiqdə qeyri-adi avtomobillər görə biləcəklər: Azərbaycanın Müstəqillik Günü münasibəti ilə uberX avtomobilləri smartfonun ekranında milli bayrağın rənglərinə boyanıb. Aksiya bütün gün ərzində davam edəcək.

Bununla belə, Uber-də gedişin keyfiyyət və etibarlılığı həmişəkindən fərqlənməyəcək. Bakı sakinləri və paytaxtın qonaqlarına nəzakətli və səliqəli sürücülər xidmət göstərir, yaxşı avtomobillər təqdim olunur, avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtı isə təxminən 5 dəqiqəyə yaxındır.

Azərbaycanın Müstəqillik Günündə və digər adi günlərdə gediş haqqı dəyişməz qalıb: uberX ilə avtomobilin sifariş ünvanına çatdırılma qiyməti 0,55 AZN, hər dəqiqəyə görə 0,02 AZN, hər kilometr üçün 0,34 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır); “UberSELECT” ilə isə müvafiq olaraq 0,80 AZN, 0,03 AZN və 0,40 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır).

İstifadəçilər gediş qiymətini gedişdən öncə tətbiq vasitəsi ilə hesablaya və bu məbləği yol yoldaşları arasında bölə biləcəklər. Müvafiq seçimlər tətbiqdə təklif olunur.

Uber Bakıda 2015-ci ilin aprel ayından fəaliyyət göstərir və qısa bir müddət ərzində bu tətbiq şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Şirkət avtomobillərin rənglərini şəhər və ölkə üçün əlamətdar tarixlərdə dəyişir. Belə ki, Belarus və Rusiyada Kosmonavtika günü münasibəti ilə avtomobillər tətbiqdə raket formasını almışdı. Bəzi Avropa ölkələrində isə Uber avtomobilləri “Euro 2016” futbol çempionatı zamanı milli yığma komandaların oynadığı zaman bayrağın rənglərini alırdı. 4 iyul tarixində isə Uber Astanada Paytaxt günü münasibətilə avtomobilləri tətbiqdə milli bayrağın rənglərinə boyamışdı.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə