Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016 / 11:31

Bu gün Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Bakıda yüksək komfortlu avtomobillərlə gedişi təmin edəcək UberSELECT servisini istifadəyə verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni məhsul münasib qiymətə geniş və rahat avtomobilləri, həmçinin yüksək səviyyəli xidməti üstün tutan istifadəçilərə yönəldilib.

Bakıda UberSELECT-lə gediş haqqı bu cür hesablanacaq: avtomobilin sifariş olunan məkana çatdırılması üçün 0,80 AZN, hər dəqiqə üçün – 0,03 AZN, hər kilometr üçün – 0,40 AZN. Yüksək komfortlu avtomobildə şəhər daxilində minimal gediş haqqı 2,5 AZN təşkil edəcək. Bakı istifadəçiləri üçün UberSELECT avtomobilləri sırasında Kia Optima, Hyundai ix35, Toyota Camry, Ford Mondeo, Mazda 6, Skoda Octavia və bu kimi digər modellər yer alır.

Qeyd edək ki, yeni xidmətdən istifadə etmək üçün Uber-in mobil tətbiqini telefonlara yükləmək lazımdır. 

“Bakı – şəhər sakinlərin tələbatına maksimal şəkildə uyğunlaşdırılmış xidmətə malik olan Uber üçün xüsusi şəhərdir. Bu ilin əvvəlindən etibarən əsas xidmətimiz olan uberX-in qiymətini əhəmiyyətli dərəcədə endirdik və hazırda Bakıda şəhər daxilində avtomobil ilə hərəkət etmək üçün bundan münasib vasitə yoxdur. Bu ilin iyulunda əlavə olaraq nağd ödəniş opsiyasını da təqdim etdik ki, servisdən daha geniş kütlə istifadə edə bilsin. Bu gün isə istifadəçilərimiz üçün münasib qiymətə olan tam yeni səviyyədə xidmət təklif edəcək əlavə servisi istifadəyə verdik”, - deyə MDB regionunda Uber-in baş meneceri Aleksey Stax qeyd edib.

Yeni məhsulun Bakıda istifadəyə verilməsi münasibəti ilə Uber öz istifadəçilərinə güzəştlər təqdim edir: noyabrın 15-dək BAKUSELECT promokodundan istifadə etdikdə istifadəçilər “UberSELECT”də 10 gediş üçün 20% güzəşt əldə edəcəklər. Hər gediş zamanı güzəştin maksimal məbləği 1,5 AZN təşkil edəcək.

Qeyd edək ki, Uber şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb.

Tariflər barədə ətraflı məlumat burada. 

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə