Uber Bakıda yeni xidmət istifadəyə verdi

28-08-2017 / 23:56

Şəhər üzrə avtomobil sifarişi üçün eyniadlı mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanın yaradılmasını elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata əsasən, Uber platformasında 3%-dən 10%-dək gedişlərin hamısı bir neçə dayanacaqla həyata keçirilir. Əvvəlcədən bir neçə ünvan əlavə etmək imkanı sifariş prosesini həm istifadəçi, həm də sürücü üçün daha rahat edir, çünki indi tədbiqdə əvvəlcədən bir neçə dayanacaq seçib, öncədən məbləğ və səyahətin ümumi vaxtını öyrənmək mümkündür ki, bu da sürücüyə marşrutu daha rahat planlaşdırmağa kömək edir.

Bir neçə ünvan ilə marşrut seçimi opsiyası onlarla daxili interfeys, dizayn və iOS və Android üçün tədbiqin üzərində işləyən komanda üzvlərinin böyük səyləri nəticəsində yaranıb.

Bir gediş çərçivəsində bir neçə dayanacaq sifariş etmək üçün Uber tətbiqində "Hara" bölməsində, sahənin yanındakı "+" işarəsinə basın, "Dayanacaq əlavə et" düyməsini seçin və ünvanı göstərin, bundan sonra seçimi təsdiq edin. İstifadəçi bir səfər zamanı 2 aralıq dayanacaq əlavə edə bilər (son təyinat nöqtəsi istisna olaraq). Ara ünvanları həm sifariş, həm də səfər zamanı əlavə etmək mümkündür. Eyni zamanda, planlar dəyişdiyi və sürücü göstərilən ara ünvanını təsdiq etmədiyi halda lazımsız dayanacaqları silmək mümkündür.

İstifadəçi bütün dayanacaqları əvvəlcədən qeyd etdiyi halda gediş haqqı səfərin ümumi vaxtına hər bir dayanacağa əlavə 3 dəqiqə əsasında hesablanacaq. Bu, tarif dəqiqliyini artırmaq və hər bir dayanacaq üçün əlavə vaxt hesablamaq üçün əvvəlcədən qiymətin hesablanmasında nəzərə alınır. İstifadəçi dayanacaqları səfər zamanı əlavə etsə və ya yeniləsə səfərin yekun dəyəri ümumi məsafədən və real vaxtdan asılı olaraq dəyişə bilər.

"İnnovasiyalar Uber şirkətinin DNT-sinin ayrılmaz bir hissəsidir, buna görə də istifadəçilərdən tətbiqin mümkün qədər yaxşılaşdırılmasından və ya yeni xidmətlərin əlavəsi haqqında rəy aldığımızda onu diqqətlə yoxladıqdan sonra istifadəçi təcrübəsini daha rahat edəcək həllərin inkişafı ilə məşğul oluruq. Bu gün biz istifadəçilərə bir avtomobilin sifarişini daha rahat edəcək bir xidmət təqdim etməkdən xoşbəxtik hissi duyuruq", - deyə Uber şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Sürücülər isə ümumi marşrutu tətbiqdə əlavə dayanacaqlarla birlikdə görəcək. İlk ara nöqtəsində dayandıqdan sonra sürücü öz gəlişini təsdiqləməlidi, bundan sonra isə öz marşrutuna davam etməlidir; bundan əlavə, sürücünün tətbiqlə işi əsasən dəyişilməz qalacaq.

Uber-dən istifadə etməyə başlamaq üçün tədbiqi uber.com/app ünvanından, Android üçün Google Play-dən və ya iOS üçün App Store=dan yükləmək gərəkdir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.