Uber Bakıdakı fəaliyyətini dayandırır?

11-02-2016 / 14:59

Məlumat verdiyimiz kimi, ötən il  dünyanın әn böyük onlayn taksi xidmәti olan UBER Bakıda  fəaliyyətə başlayıb.

Bu gün yayılan məlumatlara görə, artıq Uber Bakıdakı fəaliyyətini dayandırıb.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

 İKT sahəsindəki mənbədən bildirilib ki,  bu, məlumat doğrudur. Yəni, həqiqətən də Uber Bakıdakı fəaliyyətini dayandırır.

Qeyd edilib ki, buna  səbəb Uber-lə  çalışan sürücülərin artıq  Uber-lə əməkdaşlıq etmək istəməməsi olub.

Belə ki, qeyd edilir ki, Uber-in təklif etdiyi imkanlar sürücüləri qaneə etməyib. Buna görə də Uber Azərbaycan bazarında gözlədiyi  uğuru qazana bilməyib. Son vaxtlarda şirkət artıq ciddi şəkildə geriləmə ilə üzləşib.

Bəzi istifadəçilər isə qeyd edir ki, xidmətdən hazırda aktiv istifadə etmək mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl Kamran  Səmədli öz Facebook səhisində bildirmişdi ki,  mart ayında buradakı  fəaliyyətini rəsmi olaraq dayandıracaq.

Kamran Səmədli Xeberler.az-a  Uber-dəki vəzifəsindən ayrıldığını təsdiqləyib.

O bildirib ki, şirkətdən öz istəyi ilə ayrılıb. 

Digər İT mütəxəssisləri isə məsələ ilə bağlı bildirib ki, Uber-in fəaliyyətinin Bakıda dayandırılması  lisenziya məsələləri ilə də bağlı ola bilər.

Uber-in Azərbaycandakı rəsmi ofisi ilə əlaqə saxlamağa çalşsaq da, hələlik mümkün olmayıb.

Məsələni diqqətdə saxlayırıq. Qarşı tərəfin rəyini də yayımlayacağıq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.