Uber CinemaPlus ilə əməkdaşlığa başlayıb

20-06-2016 / 17:28

Premium kinoteatr CinemaPlus 28 Mall Uber şirkəti ilə əməkdaşlığa başlayıb.

Xeberler.az-ın məlumatına görə, 28 Mall TM –də yerləşən CinemaPlus kinoteatrında kino izləmək istəyən tamaşaçılar Uber şəxsi sürücü xidmətindən pulsuz istifadə edə bilərlər. Bunun üçün sadəcə Uber mobil əlavəsini yükləyib, xüsusi promo kod daxil etmək lazımdır. Bu aksiyanın köməyi ilə kinosevərlər artıq hər hansı sıxlıq, tıxac və ödənişli dayanacaq barədə düşünməyəcək və istədikləri vaxt CinemaPlus 28 Mall kinoteatrına gedib, sevdikləri filmləri izləyə biləcəklər.

Dolğun məlumat üçün iOS və Android əməliyyat sistemli smartfonları üçün yeni CinemaPlus mobil əlavəsini yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə