Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

13-07-2016 / 15:52

Uber Bakıda dondurmaların çatdırılması üzrə ən genişmiqyaslı kampaniyasına başlayır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu həftənin cümə günü şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Beynəlxalq dondurma günü münasibətilə dondurmaların çatdırılması üzrə ən genişmiqyaslı kampaniya keçirəcək.

Dondurmanı Uber platforması vasitəsi ilə dünyanın 400-dən çox şəhərində sifariş etmək mümkün olacaq. Bakı oxşar aksiyada artıq ikinci dəfə iştirak edir. Bakıda aksiya üzrə tərəfdaş nəfis dondurma brendi olan Mado-dur. Hər bir istifadəçi aksiya çərçivəsində dörd porsiya dondurma əldə edəcək.

Həmin gün ərzində bütün Uber istifadəçiləri üçün Mado dondurması və onun çatdırılması tamamilə pulsuz olacaq.

 Uber tətbiqi vasitəsilə dondurmanı sifariş etmək üçün:

Cümə günü, 15 iyul tarixində, Bakı vaxtı ilə saat 11:00-dan 15:00-dək Uber əlavəsinə daxil olun;

Ekranın aşağısında yerləşən slayderdə “Dondurma” opsiyasını seçin;

Mado dondurmasının çatdırılacağı ünvanı qeyd edin.

İstifadəçilər dondurmanı iş yerlərinə, evə və ya küçədə müəyyən bir ünvana sifariş edə bilərlər. Fiesta adlı  dondurma xüsusi avadanlıqla təchiz olunmuş uberX avtomobillərində çatdıralacaq.

Yeni Uber istifadəçisini nəinki ödənişsiz dondurma, həmçinin xüsusi sürpriz – şəhər ərazisində Uber-lə bir ödənişsiz səyahət gözləyir. Bunun üçün Uber əlavəsini internetdən yükləmək, UBERDONDURMA promokodunu yığmaq və lazımi ünvana dondurmanı sifariş etmək gərəkdir.

Dondurmalar Bakı şəhərinin inzibati sərhədləri çərçivəsində çatdırılacaq.

UberIceCream – dondurmaların çatdırılması üzrə dünyanın ən genişmiqyaslı kampaniyalarından biridir. Bu il də Bakı şəhəri sözügedən aksiyada iştirak edən 400 şəhər arasında yer alıb. 15 iyul tarixində dondurmaların çatdırılması UberIceCream opsiyası ilə planetin hər saat qurşağında baş tutacaq.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.