Uber ilə səyahət edən Mastercard və Unibank istifadəçiləri üçün yenilik

04-10-2016 / 10:51

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti, Mastercard beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və Unibank ASC birgə layihəyə başlayıb.

Xeberler.az-ın məlumatına görə, layihə çərçivəsində Uber-in tərəfdaş sürücülərinə unikal təklif təqdim edilir ki, onlar qazandıqları vəsaiti rahat istifadə edə biləcək. Bunun üçün hər bir Uber sürücüsü Unibank-ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Dərhal filialda sürücüyə Mastercard debet kartı “Albalı Plus” təqdim olunur. Uber tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz “Uber”in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.

Unibank-ın istənilən filialına yaxınlaşan hər bir sürücüyə pulsuz VÖEN hesabı açılır və Mastercard debet kartı “Albalı Plus” təqdim olunur. Bundan başqa, Uber sürücüləri Unibank-ın “SMS Banking”, “Mobile Banking” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana biləcək. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komisyon haqqı ödəməyəcək. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək “cash back” geri qaytarılacaq, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanacaq.  

“Bakıda fəaliyyətə başladığımız dövrdən etibarən biz xidmətimizi istifadəçilərin tələblərinə uyğunlaşdırmışıq. Artıq istifadəçilər əlverişli qiymətlərlə UberX və ya biznes-klass xidməti olan UberSELECT sifariş edə bilirlər. Bu yay nağdsız ödənişlərlə yanaşı, nağd ödəniş funksiyasını da təqdim etdik ki, bu da özlüyündə nağdsız ödənişlərin inkişafına kömək edəcək: istifadəçilər nağd ödənişlə bir neçə gediş etdikdən sonra nağdsız ödəniş üsuluna keçəcəklər. “Mastercard” və Unibank-ın birgə layihəsi tərəfdaş sürücülərimiz arasında da nağdsız ödənişlərin inkişafına təkan verəcək”, - deyə Uber-in MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

“Ölkənin ən innovativ və texnoloji banklarından olan Unibank, öz məhsul və xidmətləri ilə nağdsız ödənişlərin dövriyyəsinin artmasına və kart biznesinə göstərdiyi dəstəyi genişləndirməkdədir. Biz çox şadıq ki, Uber və Mastercard-la olan bu yeni layihəmizlə də  kart biznesinə olan töhfəmizi bir qədər də genişləndirmiş olacağıq. Kart bazarında unikal məhsul hesab olunan “Albalı Plus” debet kartı Uber sürücülərinin fəaliyyətini bir qədər də asanlaşdırmaqla yanaşı, üstünlükləri ilə istifadəçilərinə daha çox qazanc gətirəcək. Məhz “Albalı Plus” debet kartının üstünlükləri və Unibank-ın MDB ölkələri banklarının arasında ilk yerləri tutan “Mobil Bank” əlavəsi ilə “Uber” sürücüləri öz vəsaitlərinə istədikləri vaxt nəzarət edib, bank əməliyyatlarını həyata keçirə biləcəklər”, - deyə Unibank-ın Pərakəndə bank xidmətləri üzrə direktoru Taleh Tahirli  bildirib.

“Biz hər zaman Mastercard-da maliyyə institutu olan müştərilərimizə müvəffəqiyyətlə xidmət göstərmələrinə və bizneslərinin genişlənməsinə dəstək olan həllər təqdim edirik. Qabaqcıl məhsullarımız kommersiya partnyorlarımıza yeni satış kanalları və daha yaxşı alış-veriş imkanları yaratmağa, fəaliyyət effektivliyini artırmağa, həmçinin dələduzluqla mübarizə aparmağa yardım edir. Öz sahəsinin aparıcı nümayəndəsi olan iki şirkətlə əməkdaşlığımıza şadıq və gələcəkdə də Azərbaycanda olan bütün müştərilərilərimizi yüksək keyfiyyətli xidmətlərlə təmin edəcəyik”, - deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.