Uber-in icraçı direktoru istefa verdi

21-06-2017 / 12:43

Son dövrlər Uber üçün işlər yolunda  getmir. Belə ki, beynəlxalq texnologiya şirkətinin fəaliyyətində bəzi problemlər müşahidə edilir.

Bir müddət öncə məlumat verdiyimiz kimi, şirkətin təsisçisi və  icraçı direktoru (CEO) Travis Kalanick Uber-dəki fəaliyyətinə ara verdiyini  işçilərə məktub yazaraq bildirmişdi.

Məlumatlara görə, Travis Kalanick şikətdəki vəzifəsindən istefa verib.

Kalanick-in şirkətdən ayrılmağına isə Uber-in kritik sərmayəçiləri səbə olub. Bunların başında da Benchmark, Fidelity və Menlo Ventures gəlir. New York Times-ın xəbərinə görə, şirkətlər Kalanick-ə "Moving Uber Forward" (Uber-i irəliyə daşımaq) başlıqlı bir məktub göndərib.

Məktubda Kalanick-dən dərhal şirkətdəki vəzifəsini buraxması və Uber rəhbərliyindəki üç boş kreslodan ikisinə də "həqiqətən müstəqil üzvlər" təyin edilməsi tələb edilib.

Kalanick isə Uber idarə heyəti üzvləriylə danışdıqdan və investorlarla uzun mübahisə etdikdən sonra istefa verməyi qəbul edib.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə