Uber-in rəhbəri şirkətdən ayrılıb

14-06-2017 / 13:36

Son dövrlər Uber üçün işlər yolunda  getmir. Belə ki, məşhur  şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkətinin fəaliyyətində bəzi problemlər müşahidə edilir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin təsisçisi və  icraçı direktoru (CEO) Travis Kalanick Uber-dəki fəaliyyətinə ara verib.

O, müddətsiz olaraq şirkətdən ayrıldığını məktub yazaraq işçilərə bildirib.

Qeyd edək ki, şirkət rəhbəri bu yaxınlarda anasını qəza nəticəsində itirib.

O, Uber-in bu günə qədər yaşadığı bütün uğursuzluqların da məsuliyyətini üzərinə götürüb.

Yaşadığı çətin günlər və yenilənmə müddətinə girmək üçün müddətsiz icazəyə çıxdığını açıqlayan Kalanick-in vəzifələri idarə heyətində ibarət bir qrup tərəfindən icra ediləcək.

Uber-də dəyişiklik etmədən öncə dincəlmək istəyən Travis-in nə zaman şirkətdəki işinə geri dönəcəyi  isə bəlli deyil.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.