Uber istifadəçilərini simsiz internetlə təmin edəcək

02-01-2016 / 18:55

Yaxın günlərdə  Las-Veqasda baş tutacaq CES 2016 sərgisi dünyanın hər yerindən texnologiya həvəskarlarını, yazarlarını və markaları bir yerə toplayacaq.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, CES 2016 sərgisi müddətində Las-Veqasın müxtəlif yerlərində bir sıra sərgi yerləri və konfrans salonları, marklalar müxtəlif otellərdə fəaliyyət göstərir.

Bunu nəzərə alaraq  Uber nəqliyyat vasitəsinə ehtiyac duyan iştirakçılara alternativ təklif edir.

Belə ki, avtomobillər üçün simsiz internet təchizatı təmin edən Vinli və mobil operator T-Mobile ilə müqavilə imzlayan Uber bütün CES 2016 müddətindən avtomobillərdə simsiz internet şəbəkəsi yaradacaq.

Beləliklə, səyahətlər zamanı sərnişinlər internetdən pulsuz istifadə edə biləcək.

Hələlik sadəcə Las-Veqasda qısa müddət üçün nəzərdə tutulan və UberX, UberXL, Uber Select vasitəsilə həyata keçirilən səyahətlərdə istifadə olunacaq xidmətin bir sınaq üçün nəzərdə tutulduğu qeyd edilib.

Yaxın gələcəkdə Uber-in avtomobil daxili simsiz interneti ABŞ daxilində genişləndirib və bunun üçün əlavə ödəniş təyin edib- etməyəcəyini zaman göstərəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə