Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

19-01-2016 / 16:50

Yaxın zamanlarda Uber taksi istifadəçiləri adi taksi kimi evlərinə helikopter sifariş edə biləcək.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  bunu Airbus Group aerokosmik şirkətinin direktoru Tom Enders  DLD Conference-da bildirib.

O deyib ki, bununla bağlı Uber  ilə Airbus Group şirkəti arasında müqavilə bağlanıb. Bundan sonra Airbus Group özünün H125 və H130 seriyasından olan helikopterlərini taksi kimi istifadəyə veriləcək.

Onun sözlərinə görə, helikopterlərin istifadəsi hər bir insan üçün daha da əlçatan olsun.

Tom Enders  deyib ki, bu , həm də ekstremal təcrübədir və onun gedişinə müşahidə etmək maraqlı olacaq.

 Bu taksinin qiyməti  hələlik məlum deyil.

 ABŞ-ın Yuta ştatında yanvar ayında hava taksisinin sınaqlarına başlanacaq. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə