Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

01-08-2016 / 12:29

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Bakıda bütün şopinq həvəskarları üçün yeni kampaniyaya start verib.

Şirkətdən Xeberler.az-a  verilən məlumata görə, indi bütün yeni Uber istifadəçiləri smartfonlarında tətbiqə müvafiq promokodu daxil edərək paytaxtın üç ən tanınmış  ticarət mərkəzinin birinə tam pulsuz gedə biləcəklər.

Yeni kampaniya şəhərin üç populyar alış-veriş mərkəzini əhatə edir: “28 Mall”, Ganjlik Mall və Port Baku Mall. Sözügedən üç ticarət mərkəzinin birinə pulsuz gediş əldə etmək üçün üç promokoddan birini smartfondakı tətbiqə daxil etmək lazımdır – PORTBAKUMALL, GanjlikMall və ya 28Mall.

Aksiyada necə iştirak etmək olar?

Smartfona Uber  tətbiqini yükləmək;

PORTBAKUMALL, GanjlikMall və ya 28Mall promokodlarından birini daxil edərək avtomobil sifariş vermək;

Hər bir promokod sözügedən ticarət mərkəzinin birinə yalnız bir pulsuz gediş imkanı verir;

Hər bir yeni istifadəçi üç promokodun yalnız birindən yararlana bilər;

Promokodlar ancaq yeni Uber istifadəçilərinə şamil olunur. Kampaniya 31 sentyabr 2016-cı il tarixinədək davam edəcək.

Uber əməkdaşlarının 80%-dən çoxu proqramçı olduğundan şirkət öz inkişafı üçün analoji strategiyaları üzərində dayanır və məhz bu səbəbdən Uber-in marketinqi də texnolojidir. O, istifadəçilərə maksimal rahat xidmət göstərmək və onların hər birinə ilk dəfə olaraq sözügedən xidmətdən tam pulsuz yararlanaraq onu sınaqdan keçirmək imkanını yaradır.

Günel 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.