Uber sürücüləri nə qədər qazanır?-Araşdırma

05-03-2018 / 14:24

Stanford Universiteti Uber sürücülərinin əmək haqqı ilə bağlı araşdırma aparıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ABŞ-da 1,100 Uber və Lyft sürücüləri arasında sorğu aparılıb.

Belə ki, araşdırmada sürücülərin ortlama saat qazancının təxminən 3,37 dollar olduğu qeyd edilib.

Araşdırmaya görə, Uber və Lyft sürücülərinin 74 faizi minimum ödənişdən daha az qazanır.

Guardian qəzetinə danışan Stanford Universitetinin tədqiqatçısı bildirib ki,  bu şirkətlər pul itirirlər. Ona görə də sürücülər çox aşağı maaşlarla çalışmalı olur.

Araşdırmanın yayımından sonra şirkətin bloqundan rəsmi açıqlama paylaşan Uber-in vaş iqtisadçısı Jonathan Hall araşdırmada istifadə edilən metodikanın səhv olduğunu deyib.

Bildirilib ki, sürücülərin əvvəllər Stanford və Princeton universitetləri ilə aparılan araşdırmalarda saata 19-21 dollar arasında qazanıldığını qeyd edilib.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.