Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017 / 12:20

Sentyabrın 22-də qeyd olununan Ümumdünya avtomobilsiz günü (World Carfree Day) ərəfəsində Uber şirkəti 10 Avropa şəhərində şəxsi avtomobildən istifadə mövzusunda sorğu keçirib.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, 18-55 yaşında olan respondentlərin ¼ hissəsindən çoxu (26%) ötən il avtomobil sifarişi üzrə onlayn xidmətlərdən yararlanıb.

Avropalıların 67%-i hesab edir ki, Uber kimi əlavələrdən istifadə şəxsi avtomobilin əsl alternativi ola bilər. Son 12 ay ərzində Uber-in xidmətlərindən ən azı bir dəfə istifadə edənlərin sayı 80%-dək artıb.

“Bizim əsas rəqibimiz avtomobilin onlayn sifarişi üzrə olan digər xidmətlər deyil, şəxsi avtomobildir. Biz layiqli, ən əsası isə real alternativ təklif edirik. İctimai nəqliyyatla Uber kimi xidmətlərin uyğunluqu gələcəkdə nəinki nəqliyyatın əlçatanlığı və mobilliyi məsələsini həll etməyə imkan yaradacaq, həmçinin zərərin ətraf mühitə təsirini azaldacaq. Biz insanların tez-tez şəxsi avtomobillərindən imtina etməsi tendensiyasını aydın şəkildə görürük”, - deyə Uber şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Respondentlərin 26%-i son 12 ay ərzində ən azı bir dəfə Uber-in xidmətlərindən istifadə edib. Sözügedən onlayn-servisin populyarlığına görə lider mövqedə Paris və London qərarlaşıb (bu şəhərlərdən olan sorğu iştirakçılarının müvafiq olaraq 48% və 46%-i ötən il ən azı bir dəfə xidmətdən yararlandıqlarını təsdiq ediblər).

İki və daha çox avtomobili olanların 63%-i hesab edir ki, mobil əlavələr və etibarlı ictimai nəqliyyat vasitəsilə şəhər üzrə daha asan hərəkət etmək imkanı olsa idi onlar yalnız bir şəxsi avtomobil saxlayardılar. Bi göstərici son bir il ərzində Uber-dən istifadə edənlər arasında daha yüksəkdir – 75%.

Ümumdünya avtomobilsiz günü – bütün avtomobilistləri heç olmasa bir gün şəxsi nəqliyyat vasitəsindən imtina və alternativ variantdan istifadə etməyə çağıran, və bunula da ətraf mühitə mənfi təsirin qarşısını almağa və ya azaltmağa imkan yaradan qlobal aksiyadır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə