Ubtech Lynx- şəxsi ev köməkçisi

09-01-2017 / 15:23

Çinin Alpha robotlarının hazırlanması nəticəsində məşhur olan Ubtech şirkəti CES 2017-də Lynx robotu layihəsini təqdim edib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Ubtech mütəxəssisləri bütün ixtiralarını birləşdirərək yeni robotun bir çox məsələni yerinə yetirməsinə nail ola biliblər.  

Qurğu Amazon Alexa səs köməkçisinin dəstəyilə musiqini təkrar səsləndirə, son aktual xəbərlər və hava proqnozu haqqında məlumat verə biləcək. O, elektron məktubları oxuyaraq onlara sahibinin diktəsilə cavab yazacaq.

Məlumata görə, robot, həmçinin əlamətdar günlər haqqında xatırlatmaları təqvimə daxil etmək, Wi-Fi üzərindən videozənglər həyata keçirmək və bir çox başqa işləri görmək qabiliyyətinə malikdir.

Avtomatlaşdırılmış kiçik köməkçiyə inteqrasiya edilmiş kameranın köməyilə o,  təkcə ailə üzvlərinin üzlərini deyil, həm də ev heyvanları haqqında məlumatları yadda saxlayır.

Bundan başqa, Lynx kamera sayəsində sahibi evdə olmadıqda mənzilin təhlükəsizliyinə nəzarət edə bilir.

Kompakt robot, həmçinin yoqa və bir neçə başqa rəqs hərəkətlərini öyrədə biləcək. İstehsalçılar əmindirlər ki, danışan və rəqs edən robotun sahibləri darıxmayacaq.

Bu ildən satışa çıxarılacaq Lynyx qurğusunun təxmini qiyməti 800-1 000$ civarında olacaq.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə