Ubuntu əməliyyat sistemi ilə işləyən ilk smartfon

11-04-2015 / 14:01

Ubuntu əməliyyat sistemi ilə işləyən Aquaris E4.5 smartfonu istehsal hissələrinin həcmi cəhətdən məhdudiyyət olmadan Avropada satışa çıxarılıb.

Xəbərlər-in Cnews.ru-ya istinadən verdiyi məlumata görə, modelin dəyəri 170 avrodur.

Aquaris E4.5 Ubuntu Edition smartfonu 960-540 piksel təsvir ölçülü 4,5 düymlük ekrana, avtofokusa və iki qat işıq diodu işıqlandırıcıya malik 8 meqapiksellik kameraya, 4 nüvəli “MediaTek” prosessoruna, 1 QB əməli yaddaşa və 8 QB daxili yaddaşa sahibdir.Model Full HD çəkilişi dəstəkləyir. Ön kamera 5 MP təsvir ölçüsünə malikdir. SİM-kartlar üçün 2 konnektor nəzərdə tutulub.

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.