Ucqar ərazilər yüksəksürətli internetlə təmin ediləcək

29-10-2015 / 11:58

Google şirkəti stratosferə gellə doldurulmuş üç yüzə yaxın hava şarı göndərərək onların köməyi ilə Yer kürəsinin uzaq və ucqar ərazilərini yüksəksürətli internet bağlantısı ilə təmin edəcək.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkət artıq növbəti ildə hava şarlarından ibarət qlobal şəbəkə yarada biləcəyini düşünür ki, bu da dünyada məlumatların fasiləsiz ötürülməsinə və emalına imkan verəcək.

Google ilk növbədə İndoneziyanın ucqar yerlərini internetlə təmin etmək niyyətindədir. Buna səbəb 250 milyonluq ölkə əhalisinin yalnız 42 milyonunun internet istifadəçisi olmasındadır.

Gələcəkdə ötürücü aparatın Avstraliya, Yeni Zelandiya, ABŞ və Braziliya ərazisində sınaqlarının keçirilməsi gözlənilir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə