Ucqar yaşayış məntəqələri sürətli internetlə təmin edilir

05-11-2015 / 10:03

Regionların inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ( RYTN)  Xeberler.az-a verilən məlumata görə,  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları və digər sahəvi proqramlara uyğun olaraq regionlarda İKT xidmətlərinin inkişafı və əhalinin onlardan istifadə imkanlarının artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, Respublikada bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb.

Genişzolaqlı internet infrastrukturu, həmçinin, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Regionlarda sənaye və texnologiyalar parklarının yaradılması da bölgələrlə paytaxt arşında texnoloji imkanların bərabərləşməsinə öz töhfəsini verir.

Qeyd edilib ki, hazırda  Nazirliyin qarşısında duran əsas hədəflərdən biri yaşayış yerindən asılı olmayaraq bütün əhalini birləşdirən yüksəksürətli genişzolaqlı şəbəkənin qurulması və onun əsasında ucuz və keyfiyyətli xidmətlərin göstərilməsidir.
 
Məlumatda qeyd edilib ki, bu məqsədlə “Milli genişzolaqlı internetin inkişafı” layihəsi həyata keçirilir.
 
Layihə “hər evə optika” prinsipi ilə istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində 10-30 Mbit/s. sürətli internetin verilməsini nəzərdə tutur.

Hazırda layihənin reallaşdırılmasına maliyyə vəsaitlərinin cəlb olunması üçün yerli və beynəlxalq maliyyə-kredit təsisatları və tanınmış istehsalçı şirkətlərlə danışıqlar aparılır.

Belə ki, artıq Niderlandın “Amsterdam Trade Bank”dan ilk kredit cəlb edilərək layihənin icrasına yönəldilib. Respublikada əhali yaşayan ərazilər çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. Qarşıdakı məqsəd aidiyyəti qurumlarla birlikdə rəqəmli yayımla paralel həyata keçirilən analoq efiri dayandırmaqdır.
 
Qeyd edək ki, Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru Azərpoçt MMC-nin poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilib. Poçt-maliyyə xidmətlərinin tətbiqinin və əhalinin bu xidmətlərə çıxışının genişləndirilməsi prioritet hədəflərdəndir.

Məltəm Talıbzadə
  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.