Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015 / 10:46

Bu gün “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) öz işinə başlayıb.

Xeberler.az bildirir ki, Forumun təşkilatçıları Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və ADA Universitetidir.

Qeyd etmək lazımdır ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir.

Forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün İnternetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini  və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.

Tədbir zamanı “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik - Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri” və s. bu kimi maraqlı mövzular müzakirə olunacaq.

Ümumiyyətlə, iki gün davam edəcək tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.

Tədbirə sponsorluğu Nar şirkəti edir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.