Uğur çarxı işə salındı

15-08-2018 / 14:31

Blockchain & Bitcoin Conference Baku tədbirinin uğur çarxı işə salındı.

Xeberler.az məlumat verir ki, uğur çarxı Blockchain & Bitcoin Conference Baku tədbirinin saytında yalnız bir həftə ərzində aktiv olacaq və onu fırladaraq prizlər qazana bilərsiniz.

Belə ki, hədiyyələr arasında konfrans iştirakçıları ilə şam yeməyi, bilet qiymətinə endirim, hətta məruzəçilərin təqdimatlarına ödənişsiz giriş imkanı var. Həmçinin, adi hədiyyələr ilə yanaşı bilet qiymətinə 200 AZN endirim qismində əsas prizi də qazana bilərsiniz. Çarx yalnız avqustun 13-dən 20-dək aktiv olacaq.

Qeyd edək ki, Blockchain & Bitcoin Conference Baku tədbiri Smile-Expo şirkəti tərəfindən təşkil olunan və blokçeynə, kriptovalyutalara və ICO-ya (İlkin Koin Yerləşdirməyə) həsr edilən bir tədbirdir.

Bildirək ki, Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya və İsveçrədən olan kriptovalyutalar üzrə aparıcı ekspertlər qonaqların yolunu gözləyir. Konfransda iştirakı təsdiqlənmiş spikerlər aşağıdakılardır:

  • Tural Kərimli (Azərbaycanın Yüksək Texnologiyalar Parkı);
  • Əkrəm Həsənov (Akram Hasanov & Partners — Əkrəm Həsənov və Partnyorları MMC);
  • Sergey Lukaşin (VTB Bank);
  • Məryəm Tağıyeva (Vətəndaşlıq, Sahibkarlıq və İdarəetmə Elmi Mərkəzi);
  • Denis Aleynikov (Aleinikov & Partners, Rəqəmsal Texnologiyaların İnkişafı haqqında 8 saylı məşhur dekretin müəllifi).

Bu tədbir Xəzər dənizinin sahilində AZ1000, Bakı, Azadlıq prospekti, 1B ünvanında yerləşən Hilton Baku otelində keçiriləcəkdir və tədbirə endirimli giriş biletinin qiyməti 200, endirimsiz biletin qiyməti isə 400 AZN olacaq. Tədbir haqqında daha ətraflı proqramı və daha geniş məlumatı Blockchain & Bitcoin Conference Baku-nun rəsmi saytından əldə edə bilərsiz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə