Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019 / 18:49

"Daha bir uğursuz layihə Elektron Kənd Təsərrüfatı ilə bağlı olub. Xatırlayıram ki , 2015-2016-ci ildə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Bununla bağlı Prezidentin fərmanı da verilmişdi. Avropa İttifaqı da dəstək verirdi."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert sözügedən proseslə bağlı daha öncədən bir neçə dəfə təqdimatlar olsa da ancaq bir nəticə olmadığını bildirib :

"Bütün kənd təsərrüfatına aid informasiyalar elektronlaşmalıydı, məlumat bazaları hazırlanmalıydı. K/T məhsullarının satış qiymətləri elektron olmalıydı. Ərazilərin yeni foto xəritələrinin yaradılması və istifadəsi, torpaq sahələrinin, bitki örtüyünün və kənd təsərrüfatı resurslarının vahid coğrafi məlumatlar bazasının yaradılması və s. nəzərdə tutulurdu. O zaman nazir Heydər Əsədov Elektron Kənd Təsərrüfatı Sisteminin qurulmasını Abaco Group (İtaliya) və Caspel şirkətinə həvalə etmişdi. Hətta bir-iki dəfə təqdimatlar da olmuşdu. İndi məlum olur ki, ortada bir şey yoxdur, köhnə e-kənd informasiya sistemi iflas olub və K/T Nazirliyi və eGov Mərkəzi Elektron Kənd Təsərrüfatı sistemini yenidən qurur."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.