Ukrayna Azerspace-1-in xidmətlərindən imtina etdi

05-01-2016 / 13:47

Ukraynanın Kultura dövlət telekanalı proqramlarının Azərbaycanın Azerspace-1 peyki vasitəsilə yayımlanmasını dayandırıb, bu barədə telekanalın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Xeberler.az APA- Economics-ə istinadən məlumat verir ki, telekanalın verilişləri Amos-3 (4°W) peyki vasitəsilə yayımlanır.

Bununla yanaşı, Azerspace-1-in yardımı ilə yayımlanan Ukraynanın “Mərkəzi kanalı” (KDRTRK), Lviv TV,ОЕ, ChePe Info, Boutique TV, UТR və Radio Antoshka Amos-3-ün resursuna keçib.

Hal-hazırda Azerspace-1 vasitəsilə Ukraynanın UATV nkanalı yayımlanır.

Azerspace-1 peyki ilə yayımlanan tele və radio kanalların ümumi sayı 140-a çatır. Peyk 46 dərəcə şərq uzunluğunda orbital mövqedə yerləşdirilib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə