Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

23-01-2015 / 11:46

"Ukrayna Televiziya və Radio Yayımı" (UTR) dövlət teleradio şirkəti Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə öz proqramlarının yayımını dayandırıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-dən bildiriblər.

ASC-dən deyildiyi kimi, UTR "Azerspace-1" peykindən gedişini şirkətin Ukraynadakı münaqişə və qrivnanın məzənnəsinin düşməsi nəticəsində yaranmış maliyyə çətinlikləri ilə əsaslandırıb.

ASC-dən deyiblər: "Вununla əlaqədar, yanvarın 20-dən etibarən UTR "Azerspace 1"-in Avropa oxundan yayımını dayandırıb. UTR-in siqnallarının qəbulu hələlik yalnız peykin Asiya oxu vasitəsilə mümkündür".

“Azərkosmos”-dan deyildiyi kimi, Ukraynanın peyk operatoru ilə əməkdaşlıq davam edir və bu gün "Azerspace 1"-in köməyi ilə üç Ukrayna telekanalının ("Mərkəzi kanal" (KDRTRK), "ChePe Info" və "Kultura") translyasiyası həyata keçirilir.

Bundan əvvəl Azərbaycan peyki vasitəsilə "Lviv TV", "ОЕ", "Boutique TV" və "Radio Antoshka"nin yayımları da həyata keçirilib.

Hazırda "Azerspace-1" peyki vasitəsilə 130 televiziya və 20 radio kanal yayımlanır. "Azerspace-1" peyki 46 dərəcə şərq uzunluq dairəsində orbital mövqedə yerləşir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə