Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

28-12-2015 / 23:10

Bakcell şirkəti Ulduzum abunəçiləri üçün "Park Cinema kassalarında 1 bilet alın və hər ikinci bileti pulsuz əldə edin” adlı yeni kampaniyaya başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell abunəçiləri Ulduzumla Park Cinema kassalarından və yaxud saytından (onlayn) 1 bilet alıb və hər ikinci bileti pulsuz əldə edərək istədikləri filmi istənilən adamla izləyə bilərlər. Biletləri yalnız hər həftənin cümə axşamı günü almaq olar.

Abunəçilər öz Bakcell nömrələrindən “1” yazıb “5555” qısa nömrəsinə SMS göndərərək “Ulduzum” proqramına qoşula bilərlər. “Ulduzum” proqramından faydalanmaq üçün abunəçilər *5555#YES yığmalı və ya “*” yazaraq 5555-ə SMS göndərməli və 4 rəqəmli şifrəni əldə etməlidirlər. SMS-in qiyməti 3 qəpikdir. Abunəçilər hər həftənin cümə axşamı günü “Park Cinema”da nümayiş olunan istənilən filmi izləmək üçün 4 rəqəmli şifrəni təqdim etdikdə hər ikinci bileti pulsuz əldə edəcək

Daha ətraflı məlumat əldə etmək üçün 770 yazıb 5555-ə pulsuz SMS göndərə bilərsiniz.

Kampaniya Metroparkda “Ailə tarifi” ilə bilet əldə edərkən və VİP zallar üçün keçərli deyil.

1.7 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. 

Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil applikasiya vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə