Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017 / 10:34

Bu gün bütün dünyada 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir.

Xeberler.az xatırladır ki, bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır.

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin Beynəlxalq İnformasiya Cəmiyyəti Günü elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü-nün əsas məqsədi İnternetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Bu tarix hər il müxtəlif mövzular altında qeyd edilir və cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Böyük təsir üçün böyük verilənlər” mövzusuna həsr edilib. 

Tədbirin mövzusu BTİ-nin böyük verilənlərin meydana çıxmasına imkan yaratmış texnoloji nailiyyətləri təqdim etməklə onlara aid olan standartları hazırlayaraq böyük verilənlərdən istifadə üsullarını və mənbələrini, o cümlədən informasiya cəmiyyətində müsbət dəyişikliklərin inkişafı və monitorinqi üçün böyük verilənlər texnologiyalarından istifadəni müəyyən etməyə xidmət edən fəaliyyətinə uyğun seçilib.  

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə