Ümumdünya İnternet konfransı keçirilir

04-12-2017 / 15:33

Dekabrın 3-də Çinin Çjetszyan əyalətində IV Ümumdünya İnternet konfransı (World Internet Conference) öz işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, konfrans dekabrın 5-dək davam edəcək.

Konfransın gündəliyində süni intellekt, İnternet vasitəsilə yoxsulluqla mübarizə, yeni çağırışlar şəraitində İnternet kommunikasiyaları və sosial məsuliyyət, qlobal rəqəmsal iqtisadiyyat, kiberməkan normaları, eləcə də kiberməkandan cinayətlərin və terror aktlarının törədilməsi üçün istifadənin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq kimi məsələlər yer alıb.

Bu il tədbirdə dünyanın 80 ölkəsindən 1,5 min iştirakçı, o cümlədən Alibaba şirkətinin rəhbəri Cek Ma, Apple korporasiyasının rəhbəri Tim Cook, İnternet yaradıcılarından biri Elli Ton Kan, Kaspersky Lab şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kaspersk və digərləri iştirak edir.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə