Ümumdünya Şahmat Olimpiadası ilə bağlı poçt markaları nəşr edilib

30-08-2016 / 14:39

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC öz ənənəsinə sadiq qalaraq əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, Azərmarka MMC-nin nəşr etdiyi növbəti  markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Məlumat üçün bildirək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.

Xatırladaq ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı markamız İtaliyada "L'arte del francobollo" jurnalı tərəfindən  "Ayın ən orijinal markası" seçilib.

Markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən "Qız qalası"nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın Piza qülləsi, Fransanın Eyfel qülləsi, Londonun "Biq Ben"-i, Rusiyanın Kreml qülləsi, Hindistanın Ranqanatxi məbədi, ABŞ-ın Azadlıq heykəli-nin yer alması xüsusi vurğulanıb.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə