Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017 / 09:02

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94 yaşı qeyd olunur.

Xeberler.az-ın məlumatına görə, bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin ruhu qarşısında baş əyib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyevin ailə üzvləri Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində dövlət rəsmiləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə