UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018 / 17:45

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti Startap Günləri başlayıb.

Xeberler.az-ın məlumatına görə, tədbirin açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlər iştirak edib.

Açılış mərasimində Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz, NRYT Nazirliyinin nümayəndəsi, Universitetin İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov, İT-nin İnkişafı Dövlət Fondunun  layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov, Yüksək Texnologiyalar Parkının rəsmisi Vahid Əliyev, ekspert Rəşad Əliyev  və digərləri çıxış edib.

Prorektor Mikayıl Zeynalov  UNEC-in bu kimi tədbirdlərdə aktiv iştirak etdiyini qeyd  edib, startaplar və iinovativ bznes sahəsində universitetdə görülən işlər haqqında məlumat verib. O, Startap Günlərinin universitetdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb. O, tələbələrə öz ideyalarını formalaşdırmaq üçün vacib olan məqamları izah edib.

Digər çıxışçılar da Startap Günlərinin sektora verdiyi töhfəni xüsusi vurğulayıb.

 

Tədbirə sahə üzrə ekspertlər Rəşid Əliyev, Fərid Kazımov, Mircavid Həsənov, həmçinin digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Startap Günləri 2 gün davam edəcək.

Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət Fondu, "EY Azərbaycan" qurumu dəstək verir. 

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.