UNEC-də Startap günləri keçiriləcək

26-04-2019 / 09:56

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mayın 3-4-də növbəti dəfə “Startap günləri” təşkil ediləcək.

Xeberler.az  bildirir ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

“Startap günləri”ndə tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Eyni zamanda, yerli startap sahiblərinin, ekspertlərin və informasiya texnologiyaları üzrə şirkət rəhbərlərinin bu sahəyə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq. “Startap günləri”ndə tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Startap günləri” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə UNEC-in və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilir. Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.