UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

05-05-2019 / 00:34

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, UNEC və “Startap Azərbaycan”ın birgə təşkilatçılığı ilə “Startap Günləri” keçirilib.

Xeberler.az bildirir ki, tədbirin açılış mərasimində UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev çıxış ediblər.
Çıxışlarda layihənin gənclərə qazandırdığı faydalardan, ölkə üzrə startap hərəkatına verdiyi töhfələrdən bəhs edilib. Qeyd edilib ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Daha sonra tələbə və magistrlar tərəfindən biznes ideyalar irəli sürülüb. Növbəti mərhələdə müstəqil ekpsert və mentorlar, iştirakçılar tərəfindən səsləndirilən ideyaları spesifik kriteriyalarla dəyərləndirərək ən yaxşı 6 ideyanı növbəti mərhələ üçün seçiblər.

Qaydalara uyğun olaraq, birinci mərhələnin qalib ideyaları ətrafında komandalar formalaşdırılıb və ideya üzərində çalışmağa başlayıblar. Yarışmanın ikinci günündə “Startap Azərbaycan”dan ekspert Orxan Əhmədov və "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən Fidan Rüstəmova tələbələrə startaplar üçün təqdimat bacarıqları və biznes plan mövzularında təlim keçiblər. Daha sonra komandalar UNEC İnnovativ Biznes İnkubatorda mentorların dəstəyi ilə ideyaların ilkin prototipini və təqdimatlarını hazırlayıblar.  

Final mərhələsində yarışan komandalar ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən layihələr müxtəlif göstəricilər nəzərə alınaraq qiymətləndirilib.

Gərgin rəqabət şəraitində keçən yarışda qaliblər müəyyənləşib.
Belə ki, restoranlarda menyunun virtual reallıq modelləşdirilməsini təklif edən “RoboSapiens” startap ideyası münsiflərdən maksimum bal alaraq birinci yerə layiq görülüb. Virtual reallıq modelləşdirilməsi ilə bir neçə nəfərin bir-birilə oyun oynamasını təklif edən “TatakAI” startap ideyası ikinsi yerin sahibi olub.
Eyni dünyagörüşünə, eyni maraqlara sahib olan insanları eyni platformada birləşdirməyi təklif edən “My Waves” startap ideyası üçüncü yerə layiq görülüb.

İkinci əl kitabların satışını təklif edən “Bookworm.az”, uşaqların inkişafı üçün filtrlənmiş kontent seçən “Kids for future”, lokasiya üzrə ən yaxın tibbi bacılarının online çağırışını təklif edən “Nurse come” startap ideyası isə növbəti pillələrin sahibi olublar.

Startap Günlərinin yekun təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin , UNEC rəhbərliyinin, Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib.

Qalib komandalar “Startap günləri”nin respublika yarışında iştirak haqqı qazanıblar, onlara diplomlar və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Aktiv iştirak edən tələbələrə isə sertifikatlar təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə