Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015 / 10:44

Artıq UnionPay ödəniş sisteminin bütün kart sahibləri Unibank-ın geniş ATM və POS-terminal xidmətlərindən istifadə edə biləcəklər.

Bankdan Xeberler.az-a bildirilib ki, bu xidmətlərə bankın ölkə üzrə 80-dən çox bankomatından və geniş filial şəbəkəsindən nağd vəsaitin əldə edilməsi, 1300-dən çox ticarət və xidmət müəssisəsində nağdsız ödənişlərin qəbulu daxildir.

2002-ci ildə Çinin Milli Ödəniş təşkilatı olaraq təsis edilən China UnionPay, hazırda beynəlxalq ödəniş sistemi statusunu daşıyır. Dünyanın 140-dək ölkəsində xidmət göstərən və ödəniş kartlarının sayına görə dünya lideri olan UnionPay ödəniş sisteminə regionda da tələbatın yaranmasını nəzərə alan Unibank gələcəkdə bu təşkilatla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Unibank kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz Kart Prossesinq Mərkəzini yaradıb. Bank kartlarının bankın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prossesinq mərkəzi bankın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.