Unibank Facebook istifadəçiləri üçün viktorina keçirir

18-12-2015 / 15:20

Unibank Yeni il ərəfəsində Azərbaycan Facebook istifadəçiləri üçün viktorina keçirir.

Bankdan Xeberler.az-a bildirilib ki, viktorinada iştirak edən qaliblər möhtəşəm hədiyyələr qazanacaqlar. Tez və düzgün cavablar iştirakçılara xallar qazandırır. Viktorinada iştirak edən səhifə istifadəçiləri, oyunda iştiraka dəvət etdikləri hər bir dostuna görə də əlavə xal qazanacaqlar.

Ən çox xal toplamış ilk 3 qalibi müvafiq olaraq İPhone 6, Planşet və 100 AZN-lik hədiyyə kartı gözləyir.

Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahiblərinə də Unibank-dan dəyərli hədiyyələr olacaq. Qaliblərin adları dekabrın 28-də açıqlanacaq. Viktorinada iştirak etmək istəyənlər bankın rəsmi Facebook səhifəsinə daxil olaraq, qeyd olunan link vasitəsilə öz maliyyə biliklərini sınaya və dəyərli hədiyyələr qazana bilərlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə