Unibank vətəndaşlar üçün daha innovativ elektron xidmət hazırlayır

16-10-2015 / 11:33

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabr ayından "Elektron Hökumət” portalı ilə əməkdaşlıq edən Unibank Kommersiya Bankı ASC (Unibank) artıq bir ildir ki, kreditlərin sənədləşdirilməsi üçün portalın elektron arayış xidmətindən istifadə edir.

Xeberler.az-ın məlumatına görə, bu gün "Elektron Hökumət” portalı və Unibankın mütəxəssisləri arasında baş tutmuş görüşdə vətəndaşlar üçün daha innovativ elektron xidmətlərin hazırlanması məsələsi müzakirə olunub.

Belə ki, mövcud iqtisadi şəraiti nəzərə alaraq Unibank kreditlərin ayrılması istiqamətində risklərin azalmasına dair daha ciddi tədbirlərin alınması üçün müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır.

Bununla əlaqədar Unibank vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində, vətəndaş tərəfindən bu arayışların portal vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Bununla da, artıq kredit üçün müraciət edən vətəndaşın ödəmə qabiliyyətini daha ətraflı təhlil etmək və düzgün dəyərləndirmə aparmaq mümkün olacaq.

Eləcə də, Unibank özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalına inteqrasiya etməklə, bu xidmətləri vətəndaşlar üçün əlçatan edərək prosesi sadələşdirməyi planlaşdırır.

Görüşdə həmçinin, elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsi təşkili məsələləri  müzakirə edilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.