Universitetlər Blockchain təhsili verəcək

09-07-2018 / 15:05

Argentina, İspaniya və Venesuela blockchain sahəsindəki inkişafdan geri qalmamaq üçün bir sıra addımlar atır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Argentina, İspaniya və Venesueladakı universitetlərdə tələbələr blokçeyn təhsili alacaq.

Belə ki, blokçeyndən istifadə edən şirkətlər həm iqtisadi cəhətdən effektivlik əldə edir, həm də əlavə vaxt itkisinin qarşısını alır. Lakin, blockchain texnologiyasını bir sistemə inteqrasiya etmək üçün ciddi texniki bilik tələb olunur. Bu səbəbdən hər üç ölkədə blokçeyn dərsləri keçiriləcək.

Qeyd edək ki, bu universitetlərdə oxuyan tələbələrə blockchain təhsili veriləcək:

  • University of Alcala, İspaniya
  • Autonomous University of Madrid, İspaniya
  • European University of Madrid, İspaniya
  • Technological Institute of Buenos Aires, Argentina
  • Institute of Advanced Management Studies, Venesuela

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.