Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

07-11-2018 / 10:34

“ASAN Könüllüləri” Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin (UNICEF) birgə əməkdaşlığı ilə “Uşaq hüquqlarının təşviqi” layihəsinin icrasına başlanılır.

Xeberler.az  bildirir ki, layihənin məqsədi ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliği, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir. Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən Təlimçilər üçün Təlim Proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçiriləcək.

Layihənin icrası üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Quba şəhərində yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur. Qeyd edilən təlimlərdə iştirak etmək istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.