Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017 / 14:59

Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazanıb.

Xeberler.az-ın məlumatına görə, Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyilə  fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil edib. Belə ki, uşaq paralimpiyaçılarımız  bu dəfə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boççia  idman növü üzrə beynəlxalq turnirdə güclərini sınadılar.

İngiltərə, Rusiya, Polşa, Çexiyadan olan güclü komandaların qatıldığı yarışda Uşaq Paralimpiya Komitəsinin idmançıları turnirin ən azyaşlı iştirakçıları olub.

Dəfələrlə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılarımız bu dəfə də uğurla çıxış edərək komanda hesabında 3-cü yerə çıxıb.

Qeyd edək ki, Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin sponsorluğu ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı bəxş edib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə