Uşaqlar üçün axtarış sistemi: Thinga

05-01-2016 / 11:04

Yahoo Kids-in bağlanmasından sonra internetdə uşaqlara xidmət mövzusunda azalma müşahidə olunurdu.

Belə ki, YouTube tərəfindən də YouTube Kids mövzusunda heç bir addım atılmadı.

Bütün bunlara baxmayaraq uşaqlar üçün yeni axtarış sistemi artıq fəaliyyətə başlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu axtarış sistemi Thinga adlanır.

Xüsusilə 15 yaşdan aşağı uşaqların internet biliklərini genişləndirməyə, internetdən doğru istifadə istiqamətində işlər görən Thinga axtarış sistemi funksiyasını daşıyır.

Burada uşaqlar üçün video, foto, GİF fayllar, kitablar, oyun kimi məlumatlara rast gəlmək mümkündür.

Thinga ödənişsiz xidmət göstərir, lakin bu axtarış sisteminə dəstək vetmək üçün ilk öncə Tjinga Store-dan dəftər, qələm, geyim alınmalıdır.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə