Uşaqlara robotlarla oynamaq imkanı verən yeni layihə

06-05-2015 / 15:02

Mayın 16-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

IDEA İctimai Birliyindən verilən məlumata görə, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün laboratoriya”nın May təlimi enerji mövzusuna həsr olunacaq.

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılacaq.

“Eko laboratoriya”nın iştirakçıları öz elektrik dövrələrini yaradacaq və alternativ enerji ilə işləyən robotlarla oynamaq imkanı əldə edəcəklər.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə