Uşaqların internet təhlükəsizliyi müzakirə ediləcək

20-11-2017 / 11:35

Bu gün JW Marriott Abşeron otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçirilir.

Xeberler.az-ın məlumatına görə, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edir.

Forum panel müzakirələri ilə davam edəcək. Panellərdən birinin mövzusu da uşaqların informasiya, internet təhlükəsizliyi ilə bağlı olacaq.

Müzakirələrdə ekpsertlər bu mövzuda dünya təcrübəsinə dayanaraq ətraflı məlumat verəcək. Ölkəmizdə bu istiqamətdəki problemlər və görülən işlər müzakirə ediləcək.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.