Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017 / 12:54

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, TİM-in rəhbəri Rəsmiyyə Mahmudov  cari ildə mərkəzdə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verib.

O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə aparılan elmi araşdırmaların yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildirib.

R.Mahmudova qeyri-verbal kommunikasiya vasitəsi olan jest dilinin eşitmə məhdudiyyətli insanların ünsiyyətində rolu, onun tədrisi problemləri, bu sahədə mövcud beynəlxalq təcrübə və tətbiq olunan yeni texnologiyaların araşdırıldığını diqqətə çatdırıb.

O,  “İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi”, “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzuları üzrə elmi tədqiqatların davam etdiriləcəyini deyib.

O, hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər haqqında məlumat verdi.

Müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərinin davam etdirildiyini qeyd edib.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan R.Mahmudova bildirib ki, Microsoft Azərbaycan şirkəti, İT sahəsində müxtəlif beynəlxalq şirkətlər və tədris mərkəzləri ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlərin aparılması planlaşdırılır.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.