V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

30-11-2017 / 17:41

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti  ilə birgə XXIII Bakutel informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək.

Xeberler. az bildirir ki, forum 7 dekabr 2017-ci il tarixində “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında təşkil olunacaq.

Tədbirin keçirilməsində  əsas məqsəd innovativ, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafının stimullaşdırılması, elektron iştirak və Açıq Hökumət üzrə  Azərbaycanın potensialının artırılmasına töhfə verməkdir. Eyni zamanda  İKT sektorunun yerli təmsilçilərini beynəlxalq mütəxəssislərlə görüşdürmək, təcrübə mübadiləsi  və birgə səmərəli əməkdaşlığa təşviq etməkdir.

Tədbirdə müxtəlif ölkələrdən  hökumət, biznes, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. İnternetlə bağlı aktual məsələlər və perspektivlər müzakirə ediləcək.

“V Regional İnternet İdarəçilik Forumu Azərbaycan”da (RİFAZ 2017) iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat üçün http://www.rigf.az saytına keçid edə bilərsiniz. Məlumat üçün bildirək ki, sayt bu il texniki standartlara uyğun olaraq yenilənib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə