Vahid Çağrı mərkəzinə 5 mindən çox müraciət daxil olub

24-01-2018 / 11:54

Əmlak Məsələləri Dövlət Komitəsi 193 vahid çağrı mərkəzinə onlayn çat vasitəsi ilə 5 mindən çox müraciət daxil olub.

Bu barədə Xeberler.az-a Komitədən məlumat verilib.

Qeyd edilib ki, onların 4 min 500-ə yaxını 193 vahid çağrı mərkəzinin, 800-dən çoxu sosial şəbəkələrin və Privatization.az portalının onlayn məsləhət pəncərəsinin payına düşür.

Daxil olan müraciətlərin 4 minə yaxını Bakıdan, 1200-dən çoxu isə regionlardan ünvanlanıb.

Ümumiyyətlə, qeyd edilən vasitələr üzərindən ay ərzində 1000 müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.

Statistikaya görə, 2017-ci il ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 4500-dən çoxu (87%) sorğu tiplidir.

Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur.

Belə ki, bu kateqoriya üzrə müraciətlərin 80%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.