Vahid kartla bank xidmətindən də istifadə etmək mümkün olacaq

04-06-2015 / 13:01

Nəqliyyat Nazirliyi Bakı Metropoliteni ilə birgə tətbiq edilməsi nəzərdə tutulan nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə bağlı açıqlama verib.

Xəbərlər-in verdiyi məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, vahid kart sistemindən istifadə ilə bağlı aparatlar öncə “Baku Bus” MMC-yə məxsus avtobuslarda quraşdırılacaq.

Onun sözlərinə görə, insanlar ilk aylarda yalnız bu MMC-yə məxsus avtobuslarda həmin kartdan istifadə edə biləcəklər. Sonradan 2300-dən artıq avtobusda mərhələ-mərhələ aparatın quraşdırılmasına başlanılacaq.

N.Həsənov deyib ki, əvvəlki kart sisteminə nisbətən hazırki layihədə sistem bir qədər təkmilləşdirilib: “Bu kart vasitəsilə metrodan, avtobusdan və hətta bank xidmətlərindən də istifadə etmək mümkün olacaq. Bir sözlə, vahid kart sistemi universallığı ilə seçiləcək”.

Nazirliyin rəsmisi bildirib ki, artıq Bakı Metropoliteninin əksər stansiyalarında gedişhaqqını yükləmək üçün “BakıKART” aparatları quraşdırılıb. Eyni zamanda, “Baku Bus” MMC-yə məxsus “Baku Bus”ın dayanacaqlarında sözügedən aparatlar quraşdırılacaq.

N.Həsənov bütövlükdə vahid kart sisteminin tətbiqinə Avropa Oyunlarından sonra başlanacağını deyib. (a24.az)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.