Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

01-12-2015 / 11:30

Vahid Mürsəliyev dekabrın 1-dən Azercell Telekom MMC-nin  prezidenti vəzifəsinə təyin edilib.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, Vahid Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru vəzifəsi ilə bərabər, bu ilin yanvar ayından Azercell prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərirdi.

Vahid Mürsəliyev Azercell Telekom MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.

Vahid Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb, bundan əlavə Biznesin İdarə Olunması  üzrə sertifikata malikdir.  O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.