Vahid Mürsəliyev Beynəlxalq Rabitə Akademiyasına üzv seçilib

31-05-2016 / 12:18

Azercell-in prezidenti Vahid Mürsəliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində fəaliyyət göstərən, baş ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb.

Xeberler.az-ın məlumatına görə, Vahid Mürsəliyev informasiya kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb.

Azercell-in baş ofisində keçirilən görüşdə Beynəlxalq Rabitə Akademiyası Rəyasət Heyətinin üzvü və Akademiyanın Azərbaycan filialının prezidenti, keçmiş Rabitə Naziri Siruz Abbasbəyli Vahid Mürsəliyevə  mükafatı təqdim edib.  Siruz Abbasbəyli Azercell-in Azərbaycanım rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açaraq, şirkəti bundan sonra da  ölkənin lider mobil operatoru kimi görmək istədiyini vurğulayib.

Vahid Mürsəliyev isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə, Beynəlxalq Rabitə Akademiyasının Rəyasət Heyətinə və şəxsən Siruz Abbasbəyliyə öz dərin təşəkkürünü bidlirib.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, 1996-cı ildən BMT nəzdində fəaliyyət göstərən və Baş Qərargahı Rusiyada yerləşən Beynəlxalq Rabitə Akademiyasının dünyanın bir neçə ölkəsində, o cümlədən Bakıda filialı fəaliyyət göstərir. Könüllü akademikləri, məşhur menecerləri, peşəkar mütəxəssisləri bir araya gətirən ictimai təşkilat telekommunikasiya sahələrində ümumi maraqların və praktik məsələlərin inkişafına çalışır. Hazırda Akademiya 33 ölkədən 800-dən çox akademik üzvü özündə birləşdirir.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə