Vahid rəqəmli bazar Avropaya 415 milyard avro qazandıra bilər

17-06-2015 / 10:24

Avropada vahid rəqəmli bazarın olmamasına görə qitə ərazisində yerləşən ölkələrin iqtisadiyyatı böyük potensialdan yararlana bilmir.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, bu barədə Avropa Komissiyasının vahid rəqəmli bazar məsələləri üzrə vitse-prezidenti Andrus Ansip deyib.

Onun sözlərinə görə, bu gün Avropada mövcud olan onlayn maneələr o deməkdir ki, insanlar mal və xidmətlərdən tam istifadə edə bilmirlər. Avropa İttifaqı (Aİ) ölkələrinin hər birində ittifaqın digər ölkəsindən olan onlayn mağazaların sayı 15 faiz təşkil edir, kiçik və orta müəssisələrin yalnız 7 faizi Aİ-dən kənarda ticarət edir.

A.Ansip vahid tam funksional Avropa rəqəmli bazarının illik həcmini 415 milyard avro dəyərində qiymətləndirib. O qeyd edib ki, bazarın yaradılması yüz minlərlə yeni iş yeri açmağa imkan verəcək.

“Vahid rəqəmli bazarın yaradılması üçün normativ maneələr aradan qaldırılmalı və 28 milli bazar vahid bazara çevrilməlidir. Bu, bizim vahid rəqəmli bazarın yaradılması üzrə layihəmizin əsas məqsədi və Avropa Komissiyasının başlıca prioritetlərindən biridir”, - o vurğulayıb.

Avropa Komissiyasının vitse-prezidenti qarşıya qoyulan məqsədə nail olmaq üçün üç əsas siyasi prinsipi sadalayıb. Birincisi, istehlakçıların və biznesin bütün Avropada mal və xidmətlərdən istifadəsinin yaxşılaşdırılmasıdır. İkincisi, qitə üzrə yüksəkkeyfiyyətli infrastrukturun işinin etibarlı olmasına əmin olmaq lazımdır, eləcə də bazar iştirakçıları üçün hüquqi baza və ədalətli şərait yaradılmalıdır. Üçüncüsü, rəqəmli iqtisadiyyatın artım potensialından tam istifadə etmək üçün gələcəyə hazırlaşmaq lazımdır.

A.Ansipin sözlərinə görə, tərəfdaş ölkələrin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) 75 milyon istehlakçısı da vahid rəqəmli bazarın potensialından yararlana bilər. “Biz Aİ hüdudlarından kənarda daha geniş rəqəmli Avropa bazarı yaratmaq istəyiriksə, o, hamının eyni qayda ilə işlədiyi vahid şəkildə olmalıdır”, - vitse-prezident əlavə edib.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.