Vahid şarj cihazı artıq satışda

29-12-2009 / 19:24

Pearl firması yeni fərqli bir şarj aləti istehsal edib. Firmanın yeni “6-in-1” şarj cihazı 6 fərqli əlaqə nöqtəsindən yaranır. Qabiliyyətli şarj aləti ilə iPod və iPhone-dən əlavə Sony Ericsson, LG və Motorola kimi istehsalçılara aid cib telefonları şarj oluna bilər.

Şarj cihazı, cib telefonlarını birbaşa PC və ya notebookdakı USB portu üzərindən şarj edir. İstəyə bağlı olaraq bərabərində verilən USB güc adapteri ilə sıravi ştepsellərə də ilişə bilir və ya 10 Dollarlıq qiymət fərqi ilə bir PKW adapteri ilə də təmin edilə bilir. Xatırladaq ki, uzun müddətdir ki, evdə kabel qarışıqlığına son vermək üçün vahid şarj cihazı planı üzərində işlər gedirdi. Ümümi telefon şirkətləri bir araya gəlib razılaşdırma yolu ilə belə cihaz istehsal edəcəkdilər. Hələlik isə Pearl şirkəti belə cihazı istehsal edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə